Bakı Xoreoqrafiya Akademiyasında (BXA) “Narkomaniyaya qarşı birlikdə mübarizə aparaq!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə BXA-nın müəllim və tələbə heyəti, eləcə də Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Anar Aslanov iştirak edib.
Tədbirdə narkomaniyanın cəmiyyətə vurduğu zərərlər, xüsusilə gənc nəslin sağlamlığı və gələcəyi üçün yaratdığı təhlükələr, eləcə də onunla mübarizənin vacibliyi vurğulanıb.
Çıxışlarda gənclər və yeniyetmələr arasında narkomaniyaya qarşı mübarizə, sağlam həyat tərzinin təbliği, narkotik vasitələrin istifadəsinin fəsadları, qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri və hüquqi məsuliyyət məsələlərinə toxunulub.
İştirakçılara mövzu ilə bağlı ətraflı məlumat verilib, müvafiq tövsiyələr səsləndirilib.
Həmçinin gənclərin zərərli vərdişlərdən uzaq durmasının və asudə vaxtlarını səmərəli təşkil etməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbir çərçivəsində yeniyetmə və gəncləri narkomaniyadan çəkindirmək məqsədilə hazırlanmış maarifləndirici videoçarxlar nümayiş etdirilib.

