Kitab

Oktyabrın 21-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub.

Bakı Xoreoqrafiya Akademiyasının Kitabxana-İnformasiya Mərkəzi də sərgidə öz stendi ilə təmsil olunur.

Akademiyanın stendi mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin deputatları, hökumət rəsmiləri, ədəbiyyat nümayəndələri və xarici qonaqlar tərəfindən ziyarət edilib.

Qonaqlar Akademiyanın stendi ilə tanış olaraq təhsil müəssisəsinin fəaliyyəti və təqdim olunan materiallarla maraqlanıblar.

Bundan əlavə, Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsinin şagirdləri də sərgini ziyarət ediblər. Sərgi ilə tanış olan şagirdlər müxtəlif nəşrlərə nəzər salıb, kitabların və mütaliənin əhəmiyyəti ilə bağlı məlumat əldə ediblər.

Comments are disabled