BXA-da ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində tələbə elmi-praktiki konfrans keçirilib
Bakı Xoreoqrafiya Akademiyasında (BXA) 22-23 fevral 2023-cü il tarixlərində ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində tələbə elmi-praktiki konfrans keçirilib. Konfransda BXA-nın rəhbərliyi və tələbə-müəllim heyəti iştirak edib. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca isə tələbə elmi-praktiki konfransı açıq elan edilib. Konfransın ilk günü BXA-nın İncəsənət fakültəsinin tələbələri Azərbaycan rəqs sənətinin tarixi inkişaf yolu, milli rəqslərimizin yaranması, onların düzgün ifa tərzi, musiqi sənəti, teatr sənəti, təsviri sənət və müxtəlif xoreoqrafik mövzular üzrə məruzələrlə -“Sentimentalizmin parlaq nümayəndəsi İvan Valberx”, “Lev Tolstoyun əsərləri əsasında balet tamaşaları”, “Xoreoqrafiya sənətində din mövzusunun təzahürü”, “Azərbaycan rəqslərinin ifa tərzi”, “XX əsr Azərbaycan teatrının tərəqqisində Cəfər Cabbarlının rolu” və s. çıxış ediblər. Konfransın son günündə isə BXA-nın orta ixtisas təhsili pilləsinin tələbələri dünya şöhrətli Azərbaycan bəstəkar və rəqs sənətinin görkəmli nümayəndələrinin və xarici bəstəkarların yaradıcılıq fəaliyyəti mövzularında məruzələrlə-“Rəqs sənətinin quruluşu və xüsusiyyətləri”, “Qara Qarayevin balet yaradıcılığı”, “Üzeyir Hacıbəylinin yaradıcılıq irsi”, “F.Listin yaradıcılıq yolu”, “Yozef Haydnın yaradıcılıq fəaliyyəti” və s. çıxış ediblər. Konfransın sonunda məruzəçilər Sertifikatla təltif ediliblər.