Elmi-Metodiki Şuranın əsas məqsədi Bakı Xoreoqrafiya Akademiyasında təlim və tərbiyə prosesinin keyfiyyətinin artırılmasına dair təkliflər hazırlayaraq, elmi-tədqiqat işlərinin, dərslik, proqram və elmi-metodik ədəbiyyatın müasir tələblərə uyğun olmasını təmin etməkdən ibarətdir. Elmi-Metodiki Şura BXA rektorunun əmri ilə yaradılır. Onun tərkibinə kafedra müdirləri, müəyyən pedaqoji və elmi-metodiki iş təcrübəsinə malik olan yüksəkixtisaslı müəllim və mütəxəssislər daxildir. Metodiki Şuraya elm və yaradıcılıq işləri üzrə prorektor rəhbərlik edir.