BAKI XOREOQRAFİYA AKADEMİYASININ
YARADILMASI HAQQINDA
SƏRƏNCAM
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2014-cü il aprelin 30-da Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında Sərəncam imzalamışdır. Sənəddə qeyd olunur ki, Azərbaycan Respublikasında xoreoqrafiya sənəti ənənələrinin qorunması və inkişaf etdirilməsi zərurətini nəzərə alaraq, bu sahə üzrə yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyası yaradılsın.