Məmməd-Zadə Nailə Faiq qızı

Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Azərbaycan Respublikasının Əməkdar artisti, Baletmeyster sənəti kafedrasının baş müəllimi 

Qəbul günü:

Əməkdaşlar, tələbələr və valideynlər
Hər həftənin cümə axşamı günü/ 12:00–15:00
Qəbul üçün qeydiyyat: (012) 597-34- 26
Ünvan: Rəşid Behbudov küç., 75. 2-ci mərtəbə Akt zalı

Doğum tarixi və yeri: 

Azərbaycan, Bakı 1980.

Təhsili:

2002-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetinin bakalavr pilləsini,  2020-2022-ci illərdə Moskva Dövlət İncəsənət İnstitutunu Xoreoqrafiya sənəti ixtisası üzrə magistr pilləsini bitirib.

Əmək fəaliyyəti:

1997-2021-ci illərdə Azərbaycan  Dövlət Akademik Opera və Balet teatrında solo ifaçı, 2005-ci ildən “Azərbaycan mirvariləri” rəqs

ansamblının bədii rəhbəri, 2016-2017-ci illərdə Bakı Xoreoqrafiya

Akademiyasında  müəllim, 2017-2021-ci illərdə Dövlət Sərhət Xidməti nəzdində Rəqs ansamblının bədii rəhbəri, 2021-ci ildə Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbəri və rektor vəzifəsini müvəqqəti icra edib. 2022-ci ildən bugünə qədər Tədris işləri üzrə prorektoru və rektor vəzifəsini müvəqqəti icra etməkdədir. 2021-ci ildən Klassik rəqs kafedrasında və 2022-ci ildən isə Baletmeyster sənəti kafedrasında müəllim vəzifəsində çalışır.

Nailə Məmməd-Zadə bugünədək Q.Qarayev “7 gözəl”, P.Çaykovski “Şelkunçik”, “Qu quşu” və s. Nəsiminin 650 ilə bağlı UNESKO-nun tədbirinin xoreoqrafı,  “Aurovision-2017” səhnə quruluşunun xoreoqrafı (Ukrayna), 2018-ci ildə Böyük Britaniyada “Hours” şounun quruluşçu-xoreoqrafı, 2018-ci ildə Azərbaycan Respublikasının 100 illiyinə həsr olunmuş konsertin quruluşunun xoreoqrafı; və s. tədbirlərdə quruluşçu xoreoqraf olub.

Təltif və mükafatları:

2012-ci ildə Grand Müstəqil Milli İctimai mükafatı (Diplom), 2016-ci ildə Mədəniyyətlərarası Dialoq üzrə Yeddinci Qlobal Foruma həsr olunmuş açılış konsertindəki işə görə Təşəkkürnamə ilə, 2019-cu ildə Böyük Britaniya Kraliçası II Elizabetin 75 illik yubileyinə həsr olunmuş Royal Windsor Horse Show layihəsində işlərin təşkili və quruluşuna görə Fəxri Fərmanla, Leytenant Məmmədzadə Nailə Faiq qızına vəzifəsində yüksək fəaliyyət göstərdiyinə və Azərbaycan Sərhəd Xidmətinin 100 illiyi ilə bağlı tədbirlərin keçirilməsinə görə Fəxri Fərman və Medal ilə mükafatlandırılıb.

Təşəkkürnamələr:

Etnosportun dördüncü mədəniyyət festivalında iştirak və dəstəyinə görə Dünya Etnoidman Konfederasiyasının prezidenti Nəciməddin Bilal Ərdoğan tərəfindən Təşəkkür məktubu,  2021-ci ildə Qazaxstan Peşəkar Xoreoqrafiya Təhsil Müəssisələrinin “TEMPS LİE” Beynəlxalq Festivalının Təşkilat Komitəsi tərəfindən Təşəkkürnamə, MDB-yə üzv dövlətlərinin XV Gənclər Delfi Oyunları – Təşəkkür məktubu, 2022-ci ildə Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir – Təşəkkür məktubu, “AURORA” II Beynəlxalq ifa sənəti və bədii yaradıcılıq müsabiqəsi-festivalında iştirak etmiş müsabiqə iştirakçısına göstərdiyi əvəzsiz dəstəyə görə Təçəkkür məktubu, “INTERNATIONAL FOLK FESTIVAL TIRANA 2022” Xüsusi Priz və s. Eyni zamanda, hərbi əməkdaşlığa görə medal ilə təltif olunub. 

Elmi nəşrləri:

Məqalə, Beynəlxalq Konfrans və “Balet sənətinin yaranması və inkişaf tarixi” dərs vəsaitinin müəllifidir.

Ailəlidir, üç övladı var.