Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət fakültəsinin tələbəsi Əminə Əliyeva 17–21 oktyabr tarixlərində Türkiyənin Trabzon şəhərində keçirilən III Türk Dünyası Gənclər Forumunda iştirak edib.
Forum çərçivəsində tələbəmiz “Ağ çiçək” rəqsini ifa edərək Azərbaycan rəqs sənətini təmsil edib. Əminə Əliyeva uğurlu çıxışına görə sertifikatla təltif olunub.

