Bakı Xoreoqrafiya Akademiyasının Orta ixtisas təhsil pilləsinin I kurs tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə keçirilən esse müsabiqəsinin qalibləri məlum olub.

Məlum olduğu kimi, esse müsabiqəsinə üç mövzu – “Heydər Əliyevin Azərbaycan tarixində rolu”, “Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu”, “Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişafında rolu” təqdim edilmişdi.

“Heydər Əliyevin Azərbaycan tarixində rolu” mövzusunda yazılan essedə birinci yerə Eyvazlı Səməd, ikinci yerə Hüseynzadə Zeynəb, üçüncü yerə Cəfərli Aybəniz, “Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu” mövzusunda yazılan essedə birinci yerə Eyvazlı Səməd, ikinci yerə Hüseynzadə Zeynəb, “Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişafında rolu” mövzusunda yazılan essedə birinci yerə İbrahimli Zərifə layiq görülüb.

Digər müsabiqə iştirakçıları Əskərova Mədinə, Nəbiyeva Jalə, Həbibov Yeganə, Əzizova Emiliya, Kərimov Şaiq, Nəsirli Rüqəyya müsabiqədə iştirakına görə “Təşəkkürnamə” ilə mükafatlandırıblar.

Eyni zamanda, Bakı Xoreoqrafiya Akademiyasının Orta ixtisas təhsil pilləsinin müəllimi Qurbanova Aygülə “Heydər Əliyevin Azərbaycan tarixində rolu” və Haqverdiyeva Mehriban “Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu”, “Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişafında rolu” mövzularında təşkil etdikləri esse müsabiqəsinə görə mükafatlandırılıb.