A.Y. Vaqanova adına Rus Balet Akademiyasının rektoru, Rusiyanın Xalq artisti, məşhur balet artisti Nikolay Tsiskaridze Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub.
Dostluq çərçivəsində keçən görüşdə tədrisin səviyyəsinin qaldırılması məqsədilə tələbə-müəllim mübadiləsinin aparılması, ustad dərslərinin keçirilməsi, tədris proqramlarının təkmilləşdirilməsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Daha sonra sinif otaqları və dərs zalları ilə tanış olan Nikolay Tsiskaridze BXA-nın tələbə və müəllimləri ilə görüşərək, klassik baletin incə məqamlarından bəhs edib. Sonda akademiyanın tələbə-müəllim heyətinə uğurlar arzulayıb və xatirə şəkilləri çəkdirilib.