Ispan

Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi tərəfindən Şuşa şəhərində Meksikanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Vüsalə Babayeva və akademiyanın tələbələri də iştirak ediblər.

Tədbir çərçivəsində tələbələr Meksikanın milli rəqs mədəniyyətini əks etdirən kompozisiyalarla çıxış ediblər. Onlar “Las Alazanas” və “Jarabe Tapatío” rəqslərini təqdim ediblər.

Rəqslərin quruluşunu Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Vüsalə Babayeva verib.

Comments are disabled