Bakı Xoreoqrafiya Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyi, müəllim və şagird heyəti, eləcə də valideynlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər yeni tədris ilinin başlanması münasibətilə şagird və tələbələrə təbriklərini çatdırıb, onlara təhsil və yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirin bədii hissəsində Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələri tərəfindən müxtəlif rəqs kompozisiyaları təqdim olunub.
Sonda isə ənənəvi olaraq ilk tədris gününün zəngi çalınıb.

