Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsinin şagirdlərinə “Yaşıl Dünya naminə Həmrəylik ili” ilə bağlı tədbirlər planı çərçivəsində “Təbiət və biz” mövzusunda maarifləndirici dərs keçirilib.
Dərs zamanı Bakı Xoreoqrafiya Akademiyasının şagirdlərinə təbiətin mühafizəsi, səhralaşmanın zərəri, ekoloji təmiz dünyaya keçid barədə ətraflı məlumat verilib.