Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Aksiyada BXA-nın idarə heyəti, müəllimləri, eləcə də şagirdləri iştirak ediblər.
Qeyd edək ki, Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən ölkənin bütün regionlarında ağacəkmə aksiyalarının aparılmasına hazırlıq işləri çərçivəsində müvafiq ərazilər təmizlənir, münbit torpaqlar daşınır və ağacların əkilməsi üçün lazımı tədbirlər görülür.