Bakı Xoreoqrafiya Akademiyasında (BXA) “Korrupsiyaya qarşı mübarizə” mövzusuna həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, Daxili İşlər Nazirliyinin polis əməkdaşları, BXA-nın rəhbərliyi, eləcə də tələbə-şagird-müəllim heyəti iştirak edib.
Tədbirdə korrupsiyaya qarşı mübarizənin aktuallığından, korrupsiyaya şərait yaradan hallardan və bu halların qarşısının alınmasından bəhs olunub.
Qeyd olunub ki, hər bir Azərbaycan vətəndaşı bu sahədə maarifləndirmə işləri aparmalı, fəaliyyətində ölkə qanunun aliliyini rəhbər tutmalıdır.
Sonda tələbə və müəllimlərin sualları cavablandırılıb.