Bakı Xoreoqrafiya Akademiyasında (BXA) “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə BXA-nın tələbə-müəllim heyəti və Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları iştirak ediblər.

Maarifləndirici tədbirdə müasir dövrün böyük narahatlıq törədən problemlərindən olan insan alveri və ona qarşı aparılan mübarizə barədə məlumat verilib. Eyni zamanda, Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları “insan alveri” anlayışının mahiyyətini açaraq bu cinayət növündə cinayətkar tərəfindən zor tətbiqi, zərərçəkmiş şəxsə imtiyazlar vədi və dələduzluq vasitəsilə təsir imkanlarından istifadə etməklə qarşı tərəfin istismar olunmasından söhbət getdiyini bildiriblər. Tədbirdə insan alverinin müxtəlif formalarından: cinsi istismar, köləlik, məcburi əmək, insan orqanlarının alveri və s. haqqında söz açılıb, insanların bu kimi hallarla rastlaşdıqda aldanmamaları üçün istifadə ediləcək metod və vasitələrdən danışılıb.

Vurğulanıb ki, bu kimi hadisələrlə üzləşdikdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin 150 qaynar xəttinə müraciət edilməlidir.

Sonda tələbə və müəllimlərin sualları cavablandırılıb.