Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə xalqımızın qədim adət-ənənələrini yaşadan və baharın gəlişini müjdələyən Yel çərşənbəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi, müəllim və şagird heyəti iştirak edib.
Bayram tədbiri ərzində şagirdlər tərəfindən müxtəlif rəqs kompozisiyaları və səhnəciklər təqdim olunub.
Həmçinin Novruz ənənələrini əks etdirən səhnələr qurulub və folklor nümunələri səsləndirilib.
Tədbir böyük maraqla qarşılanıb.

