Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Zəfər Gününə həsr edilmiş “Xarı bülbül” rəqs müsabiqəsi keçirilib. Müsabiqəyə BXA-nın tam orta təhsil, orta ixtisas təhsili, bakalavriat pillələri üzrə şagird və tələbələr qatılıblar.  Müsabiqədə xalq, klassik və müasir rəqslər üzrə kompozisiyalar solo, duet və kollektiv formada ifa edilib.

“Xarı bülbül” müsabiqəsinin münsifləri BXA-nın idarə və müəllim heyətindən təşkil olunub. Həmçinin münsiflər heyətinə Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, Xalq artisti Rüfət Xəlilzadə və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Gülağası Mirzəyev dəvət olunublar.

İki gün davam edən müsabiqədə milli rəqs üzrə I yerin qalibləri: Burhan Əlizadə, Elcan Yusifli, Ayxan Məmmədov, Arif Ağalı, Məhəmməd Eldarov, Rövşən Zamanov, Əbdülrəhman İbrahimov, Amin Baxşıyev, Əmirxan Yusifov, Murad Abdurəhmanov, klassik rəqs üzrə I yerin qalibi: Aytac Quliyeva, müasir rəqs üzrə I yerin qalibləri isə  Sofiya Kruçinina, Fərid Mürsəlov olub.

Milli rəqs üzrə II yerə Fidan Axundzadə, müasir rəqs üzrə Ayla Əliyeva, Dəniz Qocayeva, Elmira Ələkbərova, Zəhra Qarayeva, Fatimə Cəbrayılova  layiq görülüblər.

III yerdə milli rəqs üzrə Samirə Soltanlı, Ləman Məmmədli, Zarina Rzaxanlı, Nazlı Alıyeva, müasir rəqs üzrə Nikol Dossantos, Kamilla Tsurkan, Fidan Nağıyeva, Mariam Tsurkan, klassik rəqs üzrə isə Ruqiyyə Abdulzadə, Fatimə Şahtaxtinskaya qərarlaşıb.

Qeyd edək ki, yaxın günlərdə qaliblərin qala konserti keçiriləcək. Konsert proqramında qaliblərə Sertifikatlar təqdim olunacaq.