Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Sakarya Universiteti Dövlət Konservatoriyası Türk Xalq Bölümünün professoru, dr. Gülbeyaz Kürşad akademiyanın tam orta təhsil pilləsinin şagirdlərinə, orta ixtisas təhsili və bakalavr təhsil pilləsinin tələbələrinə ustad dərsi keçib.
Keçirilən təlimdə Gülbeyaz Kürşad tələbələrə Türkiyənin müxtəlif bölgələrinə xas olan xalq rəqslərindən – “Damad halayı” (Türkiyənin quzey batısı), “Devilo” rəqsi (Diyarbəkr bölgəsinin rəqsi) və “Harmandalı” rəqsinin (İzmir bölgəsinin rəqsi) tam formada icra etməyin element və hərəkət qaydalarını aşılayıb.
Qeyd edilən rəqs havalarındakı ritmik əl, qol və ayaq hərəkətləri məxsus olduğu türk xalqının milli xüsusiyyətlərini özündə təcəssüm etdirib.
Ustad dərsində BXA-nın idarə heyəti, kafedra müdirləri və müəllim-tələbə heyəti iştirak edib.