As

Bakı Xoreoqrafiya Akademiyası (BXA) Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində bayram konserti təşkil edib.

Konsertdə BXA-nın müəllim-tələbə heyəti, eləcə də sosial xidmət müəssisəsinin rəhbərliyi və əməkdaşları iştirak ediblər.

Proqram çərçivəsində BXA-nin İncəsənət fakültəsinin “Bakının ulduzları” xalq çalğı alətləri ansamblı və orta ixtisas təhsili pilləsinin tələbələri tərəfindən müxtəlif rəqs və musiqi nömrələri təqdim olunub.

Rəngarəng və dinamik çıxışlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Eyni zamanda, akademiya tələbələri ilə sağlamlıq imkanları məhdud uşaqların birgə hazırladıqları rəqs səhnələri də diqqət çəkib və konsertə xüsusi emosional çalar qatıb.

Konsertin sonunda belə təşəbbüslərin davamlı olmasının vacibliyi vurğulanıb, bu cür layihələrin cəmiyyətin müxtəlif təbəqələri arasında qarşılıqlı anlaşma və dəstəyin gücləndirilməsində mühüm rol oynadığı bildirilib.

Qeyd edək ki, tədbirin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlara sevinc bəxş etmək, onların sosial həyata inteqrasiyasına dəstək göstərmək və inklüzivliyin təşviqinə töhfə verməkdir.

Comments are disabled