929311898 28826858620324580 5622759253593175285 n

Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət fakültəsinin Klassik rəqs kafedrasında növbəti kafedra iclası keçirilib.

İclasda gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparılıb. Tələbələrin dərsə davamiyyəti, kollekvium qiymətlərinin nəticələri və göstəriciləri, eləcə də sərbəst mövzuların tədrisi məsələlərinə diqqət yetirilib.

Bununla yanaşı, tədris prosesinin səmərəliliyinin artırılması, müəllim və tələbələrin qarşılaşdıqları çətinliklərin müəyyənləşdirilməsi və onların həlli yolları ətrafında fikir mübadiləsi aparılıb. İclasda müzakirə olunan məsələlərlə bağlı müvafiq tapşırıq və tövsiyələr səsləndirilib.

Comments are disabled