Eliyev

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş sənədli film nümayiş olunub.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardınca BXA-nın tarix müəllimi Nərgiz Həsənova çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki müstəsna rolundan, gənclərin və təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğısından danışıb.

Sonra isə akademiyanın şagirdləri tərəfindən ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirilib.

Daha sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Filmdə ulu öndərin müxtəlif dövrlərdə ölkənin sosial, siyasi və mədəni inkişafı naminə həyata keçirdiyi mühüm işlər, eləcə də Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri əks olunub.

Comments are disabled