Bakı Xoreoqrafiya Akademiyasında (BXA) insan alveri cinayəti, onun yaratdığı təhlükələr və bu halların qarşısının alınması istiqamətində maarifləndirici tədbir keçirilib.

Tədbirdə akademiyanın tələbə-müəllim heyəti, eləcə də polis əməkdaşları iştirak ediblər.

Tədbirdə insan alverinin qlobal problem olduğu vurğulanıb, insanların bu cür hallara cəlb olunma riskləri, hüquqi məsuliyyət və müdafiə mexanizmləri barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Comments are disabled