Bakı Xoreoqrafiya Akademiyasında (BXA) gənclərin sağlam həyat tərzinin təşviqi, narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılması məqsədilə “Narkomaniyaya Yox!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə akademiyanın rəhbərliyi, müəllim-tələbə heyəti, eləcə də polis əməkdaşları iştirak ediblər.

Çıxış edənlər narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə vurduğu zərərlərdən danışıb, bu istiqamətdə aparılan dövlət siyasəti və hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat veriblər.

Həmçinin, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsinin hüquqi məsuliyyəti haqqında məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Comments are disabled