Da

Moskva Dövlət Mədəniyyət İnstitutunun Müasir rəqs kafedrasının müdiri, beynəlxalq və ümumrusiya müsabiqələrinin laureatı Sergey Marçenko Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsili pilləsinin tələbələrinə və tam orta təhsil pilləsinin şagirdlərinə müasir rəqs üzrə ustad dərsləri keçib.
Ustad dərslərində BXA-nın müəllim heyəti də iştirak edib.
Dərs zamanı tələbə və şagirdlərə müasir rəqs texnikaları və səhnə plastikasının əsas prinsiplərinə dair biliklər təqdim olunub. Həmçinin müxtəlif xoreoqrafik kombinasiyalar üzərində işlənilib, bədənin koordinasiyası və ritmin inkişafı istiqamətində məşqlər icra edilib.
Ustad dərslərinin keçirilməsində əsas məqsəd tələbə və şagirdlərin peşəkar bacarıqlarını artırmaq, onların yaradıcılıq potensialını inkişaf etdirmək və müasir rəqs sahəsində biliklərini zənginləşdirməkdir.
Qeyd edək ki, S. Marçenko Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsinin 2025-2026-cı tədris ilinin buraxılış hesabat konserti üçün müasir rəqsə quruluş verib.

Comments are disabled