Bakı Xoreoqrafiya Akademiyasının Milli Rəqs kafedrasının II kurs tələbələri üçün “Xoreoqrafik ansambl” fənni üzrə imtahan keçirilmişdir. İmtahan tədris planına uyğun şəkildə təşkil olunaraq tələbələrin peşəkar hazırlıq səviyyəsinin qiymətləndirilməsinə xidmət etmişdir.
İmtahan zamanı tələbələr xoreoqrafik ansamblın quruluş prinsiplərini, milli rəqslərin səhnə interpretasiyasını, musiqi və hərəkət vəhdətini, eləcə də kollektiv ifa mədəniyyətini nümayiş etdirmişlər. Təqdim olunan çıxışlar tələbələrin peşəkar hazırlıq səviyyəsini, səhnə mədəniyyətini və yaradıcılıq potensialını əks etdirmişdir.
“Xoreoqrafik ansambl” fənni üzrə imtahan Milli Rəqs kafedrasının müəllimi Bəkir Sədətquliyevin rəhbərliyi ilə keçirilmişdir. Müəllimin metodiki yanaşması və pedaqoji fəaliyyəti tələbələrin yaradıcılıq potensialının inkişafında və peşəkar vərdişlərinin formalaşmasında mühüm rol oynamışdır.
Keçirilən imtahan Bakı Xoreoqrafiya Akademiyasında milli rəqs sənətinin qorunması, inkişafı və gələcək peşəkar xoreoqrafların hazırlanması istiqamətində aparılan ardıcıl və məqsədyönlü tədris prosesinin mühüm mərhələsi kimi qiymətləndirilir.

