Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsili pilləsinin məzunlarına bitirdikləri — Xoreoqrafiya sənəti; Rəqs müəllimi; Xalq-çalğı alətləri; İnstrumental ifaçılıq ixtisasları üzrə Diplomlar təqdim edilib.
Diplomların təqdimetmə mərasimində BXA-nın rəhbərliyi, müəllim-tələbə kollektivi ilə yanaşı, Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının rektoru Şuxrat Toxtasimov, Qazaxıstan Dövlət Xoreoqrafiya Akademiyasının rektoru Bibigül Nusipjanova, Qazaxıstan Dövlət Xoreoqrafiya Akademiyasının professoru Alila Alişeva, Türkiyə Dövlət Opera və Balet Baş İdarəsinin baş direktoru və baş bədii rəhbəri Tan Sağtürk, Türkiyə Dövlət Opera və Balet Baş İdarəsinin beynəlxalq münasibətlər, müsabiqələr və festivalların təşkili koordinatoru Zaira Məmmədova da iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib.
Sonra mərasimdə iştirak edən qonaqlar tələbə-müəllim heyətini təbrik edib və məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Daha sonra məzunlara Diplomlar təqdim edilib və xatirə şəkilləri çəkilib.

