Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının rektoru Şuxrat Toxtasimov, Qazaxıstan Dövlət Xoreoqrafiya Akademiyasının rektoru Bibigül Nusipjanova, Qazaxıstan Dövlət Xoreoqrafiya Akademiyasının professoru Alila Alişeva, Türkiyə Dövlət Opera və Balet Baş İdarəsinin baş direktoru və baş bədii rəhbəri Tan Sağtürk, Türkiyə Dövlət Opera və Balet Baş İdarəsinin beynəlxalq münasibətlər, müsabiqələr və festivalların təşkili koordinatoru Zaira Məmmədova Bakı Xoreoqrafiya Akademiyasında qonaq olub.
Qonaqları Akademiyanın rəhbər heyəti qarşılayıb. Öncə BXA-nın rəhbərliyi qonaqları salamlayıb, onlara akademiyadakı yeniliklər, dərs prosesi, tələbə həyatı və yeni nailiyyətlər barədə məlumat verib.
Sonra isə onlar akademiyanın sinif otaqları, məşq zalları ilə tanış olublar. Qonaqlar da öz növbəsində akademiyanın rəhbərliyinə həm dəvət, həm də mehriban qarşılanmaya görə təşəkkür ediblər.
Görüş dostluq və səmimi atmosferdə davam edib.
Qeyd edək ki, səfər Bakı Xoreoqrafiya Akademiyasının Xarici əlaqələr üzrə prorektoru, Xalq artisti Təranə Muradovanın yaradıcılıq gecəsi ilə bağlı keçiriləcək konsert proqramı çərçivəsində baş tutub.