Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsili pilləsinin müəllimi, Respublika və beynəlxalq müsabiqələr laureatı Elnur Cəfərlinin “Şur muğam dəstgahının xalq çalğı alətləri ifaçılığında səciyyəvi rolu” adlı açıq dərsi keçirilib.
Dərsdə BXA-nın rəhbərliyi, müəllim və tələbə heyəti iştirak edib.
Açıq dərsdə E. Cəfərli orta ixtisas təhsili pilləsinin tələbələrinə Azərbaycan muğam dəstgahlarından biri olan “Şur” muğamının şöbə və məqamlarının təsnifatı barədə ətraflı məlumat verib. Eyni zamanda, “Şur” muğamının bütün pərdə və guşələri müəllim və tələbələrlə birgə ifa edilib.
Qeyd edək ki, açıq dərs maraqla qarşılanıb.

