Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsili pilləsinin təşkilatçılığı ilə “Zəfər Günü”nə həsr olunmuş “Beş il bir ümidin qələbəsi” adlı tədbir keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi, Şəhidlərimizin ailə üzvləri və qazilər, müharibə veteranları, QHT üzvləri, media nümayəndələri, tələbə-müəllim heyəti və digər qonaqlar iştirak ediblər.
“Zəfər Günü”nə həsr olunmuş tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra 44 günlük Vətən müharibəsinə həsr olunmuş video çarx nümayiş olunub. Ardınca isə 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizin beş illiyindən, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müzəffər ordumuzun şücaəti və xalqımızın birliyi nəticəsində qazanılmış tarixi qələbədən bəhs olunub.
Tədbirin bədii hissəsində isə BXA-nın orta ixtisas təhsili pilləsinin tələbələri müxtəlif rəqs nömrələri ilə çıxış edib, şeirlər səsləndirib və tarixi qələbəmiz barədə məlumat veriblər.