Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsili pilləsinin təşkilatçılığı ilə 27 sentyabr – Anım Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə BXA-nın müəllim və tələbə heyəti iştirak edib. Tədbirdə Azərbaycan Dövlət Himni səsləndikdən sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra orta ixtisas təhsili pilləsinin tələbələrinin ifasında Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə həsr edilmiş “Şəhidlər” şeiri və rəqs kompozisiyası nümayiş edilib.
Tədbir çərçivəsində “Şuşa əməliyyatı”na həsr edilmiş sənədli materiallar əsasında hazırlanmış videoçarx nümayiş olunub.