Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı keçirilib.
Festival çərçivəsində Azərbaycan Dillər Universitetində “Sənət inciləri” layihəsi üzrə mühazirə-konsert proqramı keçirilib.
Tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının tələbələri də “Cəngi” və xalq rəqslərini təqdim edərək proqramı zənginləşdiriblər.