Bakı Xoreoqrafiya Akademiyası və ADA Universiteti arasında qarşılıqlı dostluq və əməkdaşlıq görüşü keçirilib
16 sentyabr 2025-ci il tarixində Bakı Xoreoqrafiya Akademiyası ilə ADA Universiteti arasında Kitabxana mübadiləsi və birgə əməkdaşlığa dair görüş keçirilib.
Görüşdə BXA-nın rəhbərliyi, ADA Universitetinin kitabxana və informasiya xidmətləri departamentinin nümayəndələri iştirak edib.
Görüşün əsas məqsədi ali təhsil ocaqlarının kitabxanalararası kitab mübadiləsi, rəqəmsal informasiya resurslarının paylaşılması və elmi, tədris və mədəni sahələrdə əməkdaşlığı gücləndirmək, eləcə də birgə layihələrin həyata keçirilməsinə zəmin yaratmaqdır.
Qeyd edək ki, görüşdən sonra qonaqlar BXA-nın kitabxana mərkəzi, dərs otaqları, ümumi akademiya ilə tanış olub, rəqs dərsində də iştirak ediblər.