Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsinin təşkilatçılığı ilə Bilik Günü — yeni tədris ilinin başlanması ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi, müəllim və şagird heyəti iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib. Akademiyanın rəhbərliyi müəllim və şagirdləri təbrik edərək, onlara 2025-2026-cı tədris ilində uğurlar arzulayıb.
Bilik Günündə tam orta təhsil pilləsinin şagirdlərinin ifasında rəqs kompozisiyaları nümayiş etdirilib.
Sonda birincilər üçün rəmzi olaraq ilk dərs zəngi çalınıb.