Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Bakı Xoreoqrafiya Akademiyasının müəllimi, Əməkdar artist Səbinə Qasımovaya 70 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.
Mədəniyyət naziri təbrik məktubunda Səbinə Qasımovaya can sağlığı, yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.
Səbinə Qasımova da öz növbəsində ona göstərilən xüsusi diqqətə görə cənab nazir Adil Kərimliyə minnətdarlığını bildirib.
Eyni zamanda, Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyi akademiyanın müəllimləri: Beynəlxalq əlaqələr üzrə prorektor, Xalq artisti Təranə Muradova, Klassik rəqs kafedrasının müdiri, Əməkdar mədəniyyət işçisi Mayra Almaszadə və Əməkdar artist Səbinə Qasımovanı yubileyləri münasibətilə təbrik edib.
Müəllimlərin yubileyləri münasibətilə onların ünvanına xoş sözlər deyilib, hədiyyələr və Təşəkkürnamələr təqdim olunub.
Fəaliyyəti dövründə göstərdikləri yüksək peşəkarlığa, pedaqoji ustalığa və sənətə olan səmimi sevgilərinə görə təltif olunan BXA-nın müəllimləri akademiyanın rəhbərliyinə göstərilən diqqətə görə təşəkkür edib.