Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Bilik Günü və yeni tədris ilinin başlanması ilə əlaqədar musiqili tədbir keçirilib.

Tədbirdə BXA-nın rəhbərliyi, müəllim, tələbə və şagird heyəti iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib.

Sonra yeni tədris ilinin başlanması münasibətilə BXA-nın rəhbərliyi akademiyanın müəllim kollektivi və tələbə-şagird heyətini təbrik edərək, onlara 2024-2025-ci tədris ilində uğurlar arzulayıb.

Tədbir çərçivəsində tam orta təhsil pilləsinin şagirdlərinin ifasında nümayiş etdirilən rəqs kompozisiyaları böyük alqışla qarşılanıb.

Sonda birincilər üçün rəmzi olaraq ilk dərs zəngi çalınıb və şagirdlər alqış sədaları altında öz sinif otaqlarına yola salınıb.