Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero Bakı Xoreoqrafiya Akademiyasının (BXA) qonağı olub.
Qonaqlar BXA-nın rəhbərliyi tərəfindən qarşılanıb, ona akademiyanın tarixi, fəaliyyəti, tədris prosesi, beynəlxalq müqavilələr və akademiyanın tələbələrinin müsabiqələrdə iştirakları barədə ətraflı məlumat verilib.
Mariya Viktoriya Romero Kabalyero da öz növbəsində Bakı Xoreoqrafiya Akademiyasında olmasından məmnunluğunu bildirib.
O, akademiyanın profilinə uyğun Meksikada fəaliyyət göstərən təhsil ocaqları arasında əməkdaşlığın qurulmasına dəstək göstərəcəyini vurğulayıb.
Daha sonra xanım səfir akademiyanın sinif otaqlarını, dərs zallarını gəzərək tədris prosesi ilə yaxından tanış olub.