Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Musiqi sənəti kafedrasının müəllimi Nigar Ağayevanın Qarabağ şəhidlərinin xatirəsinə həsr edilmiş solo konserti keçirilib.
Konsertdə Bakı Xoreoqrafiya Akademiyasının Elm və yaradıcılıq işləri üzrə prorektoru, dosent Elmira Pənahova, Musiqi sənəti kafedrasının müdiri Əhsən Əhmədov, tam orta təhsil pilləsinin direktoru Bəşarət Hüseynova, BXA-nın professor, müəllim-tələbə heyəti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin İnstrumental ifaçılıq kafedrasının müdiri, dosent bəstəkar Cəmalə Nəsirova iştirak ediblər.
Konsertin açılışı Azərbaycanın tanınmış bəstəkarı Cəmalə Nəsirovanın “Ballada” kompozisiyası ilə edilib.
Pianoçunun bir-birinin ardınca ifa etdiyi “Partita do minor allemanda kapriççio”, “Polonez opus 26 mi bemol minor”, “Ekspromt opus 16”, “Etüd opus 42, nömrə 5” və “etüd opus 42, nömrə 7” əsərləri alqışlarla qarşılanıb.
Sonda Musiqi sənəti kafedrasının müəllimi Sevda Axundova konsert proqramı haqqında öz təəssüratını bölüşüb.