PAŞA Həyat şirkəti Mədəniyyət Nazirliyi və “IRS Publishing House”un 2013-cü ildən birgə həyata keçirdiyi “İrs” silsiləsi layihəsi çərçivəsində kitabların nəşrini davam etdirir.
“İRS” layihəsi Azərbaycan mədəni mirasının dünyaya tanıdılmasına böyük töhfələr verir.
BXA Kitabxana – informasiya mərkəzinin müraciəti əsasında bu silsilə layihə çərçivəsində nəşr olunan 4 adda 100 nüsxə kitab akademiyaya hədiyyə olunub. Ədəbiyyat arasında yer alan
“Salam, Azərbaycan!”, “Qarabağın qara kitabı”, “Qarabağ – qələbəyə doğru” və “Şəki – gözəlliyin sehri” və s. adlı kitablar nəfis tərtibatı və yüksək bədii-estetik görünüşü ilə diqqəti cəlb edir.