8 iyul 2022-ci il tarixində Bakı Xoreoqrafiya Akademiyasında (BXA) yeni təsis edilən YAP Nəsimi rayon ərazi partiya təşkilatının birinci iclası keçirilib.
İclasda ərazi partiya təşkilatının sədr müavini, Xalq artisti Yusif Qasımov, BXA-nın Xarici əlaqələr üzrə prorektoru, Xalq artisti Təranə Muradova, İncəsənət fakültəsinin dekanı, Əməkdar artist Sənan Hüseynli, Baletmeyster sənəti kafedrasının müdiri, professor Lyudmila Həsənova, orta ixtisas (kollec) təhsil pilləsinin direktoru Tahir Eynullayev, elmi katib Həbibə Məmmədova, müəllim-xoreoqraf, Əməkdar artist Səbinə Qasımova, Musiqi fənləri kafedrasının baş müəllimi Lalə Hüseynli və BXA məzunları iştirak ediblər.
Tədbirdə BXA-nın Yeni Azərbaycan Partiyasına yeni üzv olmuş İncəsənət fakültəsinin bakalavr təhsil pilləsinin 2021-2022-ci tədris ilinin məzunlarına vəsiqələri təqdim olunub.
Təqdim olunma mərasiminə akademiyanın ərazi partiya təşkilatına yeni sədr seçilmiş Musiqi fənləri kafedrasının baş müəllimi Lalə Hüseynli rəhbərlik edib.
O, tədbiri giriş sözü ilə açaraq YAP-ın fəaliyyəti haqqında geniş məlumat vermiş, yeni üzvləri təbrik etmişdir. Daha sonra ərazi partiya təşkilatının sədr müavini, Xalq artisti Yusif Qasımov çıxış edərək yeni üzvləri təbrik etmiş, fəaliyyətlərində uğurlar arzulamış və digər iştirakçılarla birgə yeni üzvlərə vəsiqələrini təqdim etmişdir.
Qeyd edək ki, vəsiqələr İncəsənət fakültəsinin bakalavr təhsil pilləsinin 2021-2022-ci tədris ilinin məzunları-İbrahim Nəcəfov, Cavidan Mustafazadə, Çiçək Yusifova, Səbinə Əhmədova, Leyla Namazzadə, Lalə Şahbazova, Samirə Süleymanlı, Aysel Ələkbərzadəyə təqdim olunub.
Xatırladaq ki, 6 iyul 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının yaradılmasının 29-cu ildönümü münasibəti ilə Bakı Xoreoqrafiya Akademiyasında yeni ərazi partiya təşkilatı təsis edilib.

