Bakı Xoreoqrafiya Akademiyasında (BXA) 2 fevral –Gəncləri Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi, professor-müəllim-tələbə heyəti iştirak edib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fərmanı əsasında 2 fevral tarixinin Gənclər Günü kimi təsis olunması və uğurlu dövlət siyasətində Azərbaycan gənclərinin rolunu əks etdirən videoçarx nümayiş olunub.
Sonra BXA-nın rəhbər və müəllim heyəti Bakı Xoreoqrafiya Akademiyasında təhsil alan, ölkə daxili, eləcə də, beynəlxalq əhəmiyyətli tədbirlərdə fəal iştirak edən, akademik göstəriciləri yüksək olan tələbələri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Ardınca isə 2 fevral – Gənclər Günü münasibətilə “İlin fəal Gənci” mükafatlandırma mərasimi keçirilib.

Mükafat alan tələbələr arasında iki nəfər: Hacızadə Həcər və Dəmirova Leyla Sertifikatla yanaşı, pul mükafatı ilə də təltif olunublar.