Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Beynəlxalq Rəqs Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə BXA-nın bədii rəhbəri, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmmədzadə, Xarici əlaqələr üzrə prorektor, Xalq artisti Təranə Muradova, İncəsənət fakültəsinin dekanı, Əməkdar artist Sənan Hüseynli, orta ixtisas təhsili pilləsinin direktoru, xoreoqraf-rəqqas Tahir Eynullayev, Tədris şöbəsinin müdiri, dosent Yeganə Tapdıqova, tam orta təhsil pilləsinin direktoru Bəşarət Hüseynova, akademiyanın professor, müəllim-tələbə heyəti iştirak edib.
Musiqili tədbirdə BXA-nın bakalavr, orta ixtisas təhsili və tam orta təhsil pillələrinin şagird və tələbələrinin ifasında rəqs nümunələri təqdim edilib.
Nümayiş etdirilən rəqs nümunələrinin əsasını dünya xalqlarının rəqs kompozisiyaları təşkil edib. Tədbir Xalq artisti Cəmilə Bayramovanın quruluş verdiyi “Mən Azərbaycanlıyam” rəqsi ilə açıq elan edilib.

Sonda BXA-nın bədii rəhbəri, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmmədzadə çıxış edərək, Beynəlxalq Rəqs Günü münasibətilə Bakı Xoreoqrafiya Akademiyasının müəllim və tələbə heyətini ürəkdən təbrik edib. O, tədbirin təşkilində zəhməti keçən aparıcı müəllim-xoreoqraflara dərin təşəkkürünü bildirib. N. Məmmədzadə akademiyanın bütün pillələri üzrə təhsil alan şagird-tələbələrə təhsildə və gələcək fəaliyyətlərində uğurlar və nailiyyətlər arzulayıb.
Sonra N. Məmmədzadə tərəfindən göstərdiyi uğurlu və səmərəli fəaliyyətlərinə görə akademiyanın müəllim və əməkdaşları: Əməkdar müəllim Aqallıyay Pellumb, Əməkdar artist Rimma İskəndərova, Əməkdar artist Səbinə Qasımova, Xalq artisti Cəmilə Bayramova, Xalq artisi Yusif Qasımov, Əməkdar artist Viktoriya Şahmuradova, Əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskaya, BXA-nın Həmkarlar ittifaqının sədri Xatirə Tahirova, Əməkdar artist Alsu Gimadiyeva, BXA-nın tam orta təhsil pilləsinin xüsusi fənlər üzrə direktor müavini Kamilə Əliyeva, BXA-nın tam orta təhsil pilləsinin direktoru Tahir Eynullayev, Əməkdar artist Fərid İbrahimov, BXA-nın tam orta təhsil pilləsinin direktoru, Bəşarət Hüseynova, Zaur Fətulla, Tuncay Hüseynov, Yelena Çernousovaya Təşəkkürnamə təqdim edilib.
Qeyd edək ki, tədbir Milli rəqslər kafedrasının müdiri, Xalq artisti Cəmilə Bayramovanın təşkilatçılığı ilə baş tutub.