Milli Gimnastika Arenasında Bakının ev sahibliyi etdiyi cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib.
Açılış mərasimində Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tələbələri də iştirak ediblər.
Akademiyanın tələbələri milli və müasir rəqs nümunələri ilə çıxış edərək mərasimə rəngarənglik qatıblar.

