Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında uğurlu iştirakına görə Bakı Xoreoqrafiya Akademiyasının (BXA) müəllimləri: Əməkdar artistlər Alsu Gimadiyeva, Günel Allahyarova və tələbələr akademiyanın rəhbərliyi tərəfindən təltif olunublar.
Təltifetmə mərasimində BXA-nın rəhbərliyi, müəllim və tələbə heyəti iştirak edib.
Tədbirdə BXA-nı yüksək səviyyədə təmsil edən müəllim və tələbələrə fəaliyyətlərində uğurlar arzulanıb və onlara Təşəkkürnamə təqdim olunub.
Qeyd edək ki, Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında ifa etdikləri rəqs kompozisiyaları böyük maraqla qarşılanıb.