18 sentyabr Milli Musiqi günündə Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tələbə-müəllim heyəti Azərbaycanın müzəffər ordusuna möhtəşəm dəstək nümayiş etdirib.

BXA-nın tələbə-müəllim heyəti Vətənin bütövlüyü uğrunda mübarizə aparan Ordumuza dəstək üçün Azərbaycanın bayrağını dalğalandıraraq Azərbaycan Respublikasının Dövlət Himnini canlı olaraq səsləndirib.

Məlum olduğu kimi, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan ordusu tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələri sırasından şəhidlərimiz olub.