Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsində ümumtəhsil müəssisələrində tədrisin bitməsi münasibətilə Son Zəng tədbiri keçirilib.
Son Zəng tədbiri Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub.
Tədbirdə BXA-nın rəhbərliyi, müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər.
Tədbirdə tam orta təhsil pilləsinin şagirdlərinin və məzunlarının ifasında təqdim olunan müxtəlif rəqs kompozisiyaları, eləcə də mahnılar iştirakçılar tərəfindən böyük alqışla qarşılanıb.
Son zəng günü münasibətilə məktəb direktoru və müəllim heyəti məzun adını qazanan şagirdlərə, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Məzunlar da öz növbəsində bu illər ərzində onların təlim-tərbiyəsi ilə məşğul olmuş müəllimlərinə dərin minnətdarlıqlarını bildiriblər.
Sonda cari ildə tədris ilinin yekun Son Zəngi çalınıb.