Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsində “Son zəng” tədbiri keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi, müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra BXA-nın rəhbərliyi və müəllim heyəti akademiyanın məzunlarını təbrik edərək, onlara uğurlar diləyiblər:
“Məktəb həyatını başa vurub, məzun adını alan hər bir kəsi təbrik edirik, sizə müstəqil və qalib Azərbaycanın layiqli vətəndaşı olmağı, bilik və zəhmətləriniz sayəsində nailiyyətlərinizi daha da artırmağı arzulayırıq”.
Tədbir boyu BXA tam orta təhsil pilləsinin şagirdləri, Klassik rəqs və Xalq rəqs bölmələrinin IX və XI sinif məzunlarının ifasında təqdim olunan müxtəlif rəqs kompozisiyaları iştirakçılar tərəfindən böyük alqışla qarşılanıb.
Sonda 2022-2023-cü tədris ilinin yekunu olaraq, Son zəng çalınıb.