27 sentyabr – Anım Günü ilə əlaqədar Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsində ilk dərslər bir dəqiqəlik sükutla başlayıb.
Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, onların Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdikləri qəhrəmanlıq və fədakarlıq minnətdarlıq hissi ilə xatırlanıb.

