Bakı Xoreoqrafiya Akademiyasının (BXA) Tədris şöbəsinin təşkilatçılığı ilə “Narkomaniya və narkobiznesə qarşı mübarizə” mövzusunda elmi-praktiki seminar keçirilib.

Tədbirdə BXA-nın idarə heyəti, müəllim-tələbə kollektivi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sektor müdiri Raqif Allahverdiyev iştirak edib.

Bildirilib ki, narkomaniya müasir cəmiyyət üçün böyük bir bəladır:
“Yeniyetmə və gənclərin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına və sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur”.

Daha sonra narkotik maddələrin nə olduğu, narkotikdən istifadənin başlanma səbəbləri, narkotik vasitə qəbul edənlərin fiziki əlamətləri, narkotik vasitələrdən mütəmadi istifadə etdikdən sonra baş verən ümumi dəyişikliklər, hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin qanunsuz satışına qarşı aparılan mübarizə barədə ətraflı söz açılıb və tövsiyələr verilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.