Turan

8–16 oktyabr tarixlərində Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş qərargahında keçirilən VI Ümumdünya Ərzaq Forumu çərçivəsində və Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının tələbələri də çıxış edib.

İtaliya Respublikasındakı Mədəniyyət Mərkəzinin dəvəti ilə Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət fakültəsinin və orta ixtisas təhsili pilləsinin tələbələri “Cəngi”, “Sarı gəlin”, “Naz eləmə”, “Laçın”, “Uzundərə” və “Yallı” rəqslərini ifa edərək Azərbaycan milli rəqs sənətini beynəlxalq iştirakçılara təqdim ediblər.

Qeyd edək ki, sözügedən tədbirlərdə rəqslərin quruluşçu xoreoqrafları: Bakı Xoreoqrafiya Akademiyasının tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən, Əməkdar artist Nailə Məmməd-zadə, İncəsənət fakültəsinin dekan müavini, Əməkdar artist Gülməmməd Şahverdiyev, Əməkdar artist Tamilla Məmmədzadə və Vüsalə Babayevadır.

Comments are disabled