Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə BXA-nın tam orta təhsil pilləsinin müəllim və şagird kollektivi iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Müstəqil Azərbaycan: ötən illərin salnaməsi” adlı sənədli filmi nümayiş etdirilib.
Sənədli filmdə Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra keçdiyi tarixi yol, dövlət quruculuğu istiqamətində atdığı addımlar və müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər arxiv görüntüləri və tarixi faktlar əsasında əks olunub.

